Abramyan sərsəmlədi: “Azərbaycan o əraziləri tərk etmək niyyətində deyil”

“Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin bir neçə gün əvvəl baş tutan görüşünün mühüm hissəsi sərhədin delimitasiyası prosedurları ilə bağlı olub”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü, revanşist siyasətçi Tiqran Abramyandan gəlib.

Onun sözlərinə görə, əsas məsələ Azərbaycan-Ermənistan sərhədində düzəlişlərin edilməsi üçün hansı qaydanın qurulacağını anlamaqdır.

“Bu ana qədər məntiq və prinsip işləmədi, proses Azərbaycanın mülahizəsinə uyğun olaraq baş verdi. Eyni şəkildə əsasnamələr Azərbaycanın maraqlarına uyğun hazırlanıb. Beləliklə, Azərbaycanın kifayət qədər ciddi istehkam infrastrukturu yaratdığı əraziləri tərk etmək xüsusi niyyəti yoxdur”, - deyə revanşist deputat feysbuk səhifəsində yazıb.

Musavat.com

05.11.2024 14:12
1781