“Azərbaycan Qarabağ ermənilərinin geri qayıtması üçün 300 min azərbaycanlının Ermənistana geri dönməsi şərtini qoşur”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan yazıb.
“Azərbaycan öz təbliğat siyasətini Azərbaycan-Ermənistan danışıqlarının gündəminə gətirməyə çalışır. Ermənistan hakimiyyətinin siyasi cəsarətsizliyi və yaranmış vəziyyətə qeyri-adekvat reaksiyası ona gətirib çıxarıb ki, Azərbaycan siyasi tələblərində daha çox israrçı olmağa başlayıb.
Yerli menecer (Paşinyanı nəzərdə tutur - red.) özünün “velosiped diplomatiyası” ilə ictimaiyyəti yeni fəlakətə hazırlayır”, - deyə erməni deputat qeyd edib.
Musavat.com