Güzəşt siyasəti ona gətirib çıxarıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlər üfüqidən şaquliyə çevrilir.
Bu fikirləri “Sputnik Ermənistan”a müsahibəsində parlamentin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.
“Konstitusiya islahatına hazırlıq bizi o yerə gətirib çıxarıb ki, daha pis heç nə gözləmək olmaz, çünki bundan sonra hər şey bitəcək. Azərbaycan hər birimizə tam nəzarət edəcək. Nominal Ermənistan Respublikası olsa belə, siz heç nə edə bilməyəcəkəsiniz, hər şeyi Azərbaycan diktə edəcək. Çünki sən hər şeyə - milli kimlikdən tutmuş təhlükəsizlik məsələlərinə qədər təslim edəndə, bu, ölkənin tam təslim olmasına gətirib çıxarır”, - Abrahamyan qeyd edir.
Müxalifətçi Ermənistanda anti-Rusiya təbliğatı haqda da danışıb. Bununla da əslində kimin “adamı” olduğunu büruzə verib.
“Bəzi şikayətlər edirlər, deyirlər ki, Rusiya ümidləri doğrultmayıb. Vəziyyətə praqmatik baxaq. Etiraf etməliyik ki, Rusiya Bölgənin bir nömrəli oyunçusudur. Bunu bilə-bilə belə bir ölkə ilə münasibətləri necə korlaya bilərsiniz? Üstəlik, şantaj və digər çirkin manipulyasiyalardan istifadə etməklə”, - deyə Abrahamyan bildirib.
Siyasətçi qeyd edir ki, beynəlxalq tərəfdaşlarla münasibətlərdə hakimiyyət Ermənistanı sınaq poliqonu statusuna gətirib. Üstəlik, Ermənistan üzərindən kimin zərbə endirəcəyi ikinci dərəcəli məsələdir. O, ölkənin qarşısında duran əsas vəzifəni bu vəziyyətdən çıxış yolu hesab edir, lakin bildirir ki, Ermənistan hakimiyyəti tamam başqa işlərlə məşğuldur. (Publika.az)