Abramoviç Türkiyədə ofisiantlara 175 min lirə (10 min manat) bəxşiş verib

Rusiyalı iş adamı Roman Abramoviç restoran ofisiantlarını öz səxavəti ilə təəccübləndirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Londonun “Çelsi” klubunun keçmiş sahibi dostları ilə Türkiyənin İstanbul şəhərinin Anadolu Hisarı səmtində yerləşən restorana gəlib. İş adamı və onun dostları qanad və kabablar sifariş veriblər. Onlar axşam boyunca yemək yeyib və uzun müddət söhbət ediblər.

Yeməyin sonunda Abramoviç 85 min türk lirəsi (4938 manat) məbləğində hesabı ödəyib və mühafizənin müşayiəti ilə müəssisəni tərk edib. Nəşrin mənbəsinin bildirdiyinə görə, milyarder işçilərin xidmətindən razı qalıb və ofisiantlar üçün 175 min türk lirəsi (10 min manatdan çox) məbləğində qəbz qoyub.

Məlumdur ki, Roman Abramoviç və daha 6 rusiyalı sahibkar hazırda Londonun sanksiyaları altındadır. İş adamları üçün ölkə hakimiyyəti həmçinin dəniz və hava nəqliyyat vasitələrinin (yaxtalar, şəxsi təyyarələr və s.) mülkiyyətinə, qeydiyyatına, hərəkətinə və istifadəsinə məhdudiyyətlər qoyub. Həmçinin İngiltərə Premyer Liqasının rəhbərliyi Abramoviçi “Çelsi” futbol klubunu idarə etməkdən uzaqlaşdırıb.

Musavat.com

26.12.2023 15:08
579