Abovyandan Aİ-nin 10 milyon avroluq yardımı ilə bağlı İLGİNC AÇIQLAMA

“Cozep Borrelin Ermənistana sülh fondundan yardım göstərilməsi ilə bağlı açıqlamaları Avropa İttifaqının simasını xilas etmək cəhdidir”.

Musavat.com xəbər verir ki, bu barədə revanşist analitik Arman Abovyan bildirib.

“Borrelin regionda vəziyyətin gərgin olduğu və 10 milyon avro məbləğində yardımın vəziyyəti dəyişdirə biləcəyi barədə açıqlaması cəfəngiyyatdır. Borrell axmaq adam deyil, bu ifadələri simasını xilas etmək cəhdidir. Məsələn, verilən məbləğin ölçüsünü əsas götürsək, qeyd etmək lazımdır ki, belə bir məbləğ Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə gündəlik dövriyyəsinə bərabərdir. Lakin iş Aİ-yə gəldikdə Ermənistana verilən məbləğ və onun ətrafında aparılan piar nəticəsində məsələ qəsdən şişirdilir. Avropa bütün gücü ilə Ermənistanı dəstəkləmək üçün nəzərdə tutulan yardımı gözə soxmağa çalışır.

Ermənistanla bağlı qərar qəbul edilən gün Avropa İttifaqı Azərbaycanla qaz idxalının artırılması ilə bağlı danışıqlar aparıb. Bununla Aİ Azərbaycan və Türkiyənin Avropanın strateji tərəfdaşları olduğunu təsdiqlədi. Yəni bu 10 milyon mahiyyətcə bütün bunları erməni cəmiyyətindən gizlətmək cəhdidir. Erməni cəmiyyəti sual verməlidir: Aİ bizi dəstəkləyirsə, niyə Azərbaycanla əməkdaşlığın həcmini artırır?”, - deyə Abovyan qeyd edib.

O, təkcə Aİ-nin deyil, bir çox başqa dövlətlərin də Azərbaycanla əməkdaşlıq etdiyini bildirib.

Musavat.com

24.07.2024 18:27
1095