Abel Məhərrəmovun qardaşı işdən çıxarıldı - YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində yeni təyinat olub.

Modern.az-ın məlumatına görə, nazir Fərid Əhmədovun qərarı ilə Seymur Səfərov İnsan resursları idarəsinə rəis müavini - rəis vəzifəsini icra edən təyin olunub.

Seymur Səfərov Vəkilər Kollegiyasının üzvü olub, qurumun baş katibinin müavini vəzifəsində çalışıb. Müvafiq təyinat Ədliyyə Nazirliyinin veb-saytında da yerləşdirilib.

Qeyd edək ki, sözügedən idarəyə daha əvvəl Məhərrəmov Rauf Məmmədəli oğlu rəhbərlik edib. Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun qardaşı olan Rauf Məhərrəmov bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Onunla yanaşı İnsan resursları idarəsinin rəis müavini Mahmudov Rəsul Fərman oğlu da işdən çıxarılıb.

21.06.2024 13:07
1947