Abdullahian: "Rusiyanın Ukraynada İran dronlarından istifadə etdiyi ortaya çıxsa..."

Rusiyanın Ukrayna ilə müharibədə İran istehsalı olan dronlardan istifadə etdiyi ortaya çıxsa, Tehran kənarda durmayacaq.

Konkret.az xəbər verir ki, bu barədə İranın dövlət mediası Hüseyn Əmir Abdullahiandan sitat gətirib

Abdullahian deyib: “İran pilotsuz təyyarələrinin Ukraynada insanlara qarşı istifadə edildiyi sübut olunarsa, biz biganəlik nümayiş etdirməməliyik”.

Nazir, həmçinin Tehranın Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə üçün Rusiyaya silah və ya texnika vermədiyini bir daha vurğulayıb.

25.10.2022 12:56
1192