“İraqın Kürdüstan bölgəsindən və Əfqanıstandan gələn terror təhdidi İran və Türkiyənin ortaq narahatlığıdır”.
Musavat.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, terrorla mübarizə bu iki dövlətin təbii haqqıdır.
““Yaxşı" və ya “pis terror” deyə bir şey yoxdur. Biz Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi qəbul edirik”, - deyə iranlı nazir vurğulayıb.