Əməkdar artist Abbas Bağırov zibillərin çimərliyə atılmasından şikayətlənib.
İfaçı sahildə qaçaqrkən şüşə qırıntıları səbəbindən ayaqqabı geyinmək məcburiyyətində qaldığını vurğulayıb:
"Bu gün idmanımı parkda deyil, sahildə edirəm. Sual verə bilərsiniz ki, niyə idman ayaqqabıları iləyəm. Gördüyünüz kimi, təəssüf ki, sahilimizdə belə zibillər var. Keçəndə bu şüşə qırıntısını gördüm. Təsəvvür edin, qaçarkən bu şüşə qırıntısı mənim ayaqlarımı kəsə bilərdi. Bu da mənə lazım deyil. Ona görə də, tapdığım taxtanı şüşə qırıntılarının yanına qoydum ki, başqa gələnlərdə bu təhlükəni görsünlər və zədə almasınlar.
Sağlamlığınıza fikir verin. Amma unutmayaq ki, təbiəti də qorumalıyıq. Sahilimiz, dənizimizi, şəhərimizi, ölkəmizi, həmişə təmiz saxlayaq və qoruyaq". (Axşam.az)