AB üçün Rusiyadan daha böyük təhlükə yarandı-2030-cu ilə qədər həll edilməsə...

 

 

2030-cu ilə qədər Avropa İttifaqı, vaxtilə Rusiyanın enerjisindən asılı olduğu kimi, Çindən gələn litium-ion batareyaları və yanacaq elementlərindən asılı qala bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Aİ liderləri üçün oktyabrın 5-də İspaniyada keçiriləcək Avropanın iqtisadi təhlükəsizliyinə dair görüşü üçün hazırlanmış sənəddə belə bir qaranlıq proqnoz əks olunub.

Günəş və külək kimi bərpa olunan enerji mənbələrinin fasiləli xarakterinə görə, Avropanın 2050-ci ilə qədər xalis “sıfır karbon emissiyası” hədəfinə çatmaq üçün başqa qaynaqlara ehtiyacı yaranacaq.

Bütün bunlar  litium-ion akkumulyatorlara, yanacaq elementlərinə və elektrolizatorlara tələbatın sürətlə artmasına gətirib çıxaracaq. Bu komponentlərin önəmli hissəsi isə məhz Çindən idxal olunur.

Artıq Almaniya hökuməti indidən mobil şəbəkələrin əsas elementlərində Çin hissələrindən istifadəsini qadağan etməyi düşünür.

Avropa Komissiyası üzv ölkələri Çinin “Huawei” və “ZTE” şirkətlərinin 5G şəbəkələri üçün avadanlıqlarının istifadəsini tez bir zamanda məhdudlaşdırmağa çağırır və onların avadanlıqlarından istifadə edən operatorlarla əməkdaşlığı dayandırmaq istəyir.

Musavat.com

18.09.2023 19:12
678