AAAF Park Yaşayış Kompleksində partlayış olub - VİDEO

AAAF Park yaşayış kompleksində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

02.09.2022 00:06
1523