İlham Ağayev 9 ildir ki, yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi Heybət Heybətov küçəsində yerləşən qəbirstanlığı evi kimi təqdim edir.
Musavat.com xəbər verir ki, bu barədə Real TV-yə danışan 35 yaşlı İlham indi qaldığı uçuq-sökük, qapısız toz basmış hörümçək toruna bürünmüş daxmanın bir zamanlar məscid olduğunu deyib.
Valideynlərindən yalnız atasını tanıyan İlham onu sonuncü dəfə 2-ci sinifdə oxuyanda görüb. Anasının taleyindən isə ümumiyyətlə xəbərsizdir.
1995-ci ildə atası onu 8 saylı sanatoriya tipli internat məktəbinə yerləşdirib.
Ətraflı süjetdə: