86 yaşlı hindistanlı milyarder itinə 118 milyon dollar miras qoyub

86 yaşlı hindistanlı milyarder Ratan Tata sərvətinin 91 milyon funt sterlinqini (təxminən 118 milyon dollar) çoban iti Titoya vəsiyyət edib.

Musavat.com “Daily Mail”ə istinadla xəbər verir ki, “Tata Group” konqlomeratının sahibi oktyabrın 10-da dünyasını dəyişib. Onun nə həyat yoldaşı, nə də övladları olub. İt son günlərinə qədər Tatanın yanında olub. Vəsiyyətnamədə bildirilir ki, Titonun ev heyvanına “məhdud qayğı” göstərilməlidir.

Mülkiyyətin bir hissəsinin də maqnatın qardaşı Cimmi Tata və ögey bacıları Şirin və Dinna Cicibhoya veriləcəyi dəqiqləşib.

Ratan Tata mirasının bölünməsinin dəqiq nisbəti haqqında heç bir məlumat yoxdur. Lakin maqnatın yaxın dostu Suhel Setin dediyinə görə, Tatanın həm 50 yaşlarında olan, həm də hazırda Titoya qulluq edən keçmiş eşikağası və aşpazına qalan məbləğ səxavətlidir: "O, onlara çox, çox səxavətli bir məbləğ qoyub. Onlar bir daha işləmək məcburiyyətində qalmayacaqlar və çox yaxşı baxılacaqlar", - “Tayms” yazıb.

Milyarder həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. Məsələn, məlumdur ki, Tata sahibsiz heyvanları “Tata Group”un qərargah binasına daxil olarsa, oradan qovmamaq barədə göstəriş verib.

Tata 1937-ci ildə Hindistanın Bombey şəhərində (indiki Mumbay) anadan olub. O, əvvəlcə memar olmağı planlaşdırırdı. Gələcək sahibkar ABŞ-da karyera qurmaq üçün gedib, lakin nənəsi ondan böyüyən ailə biznesini ələ almağı xahiş etdikdə Hindistana qayıdıb.

Onun iyirmi ildən artıq müddətə rəhbərlik etdiyi “Tata Qrup”unun illik gəliri 100 milyard dolları ötməklə Hindistanın ən böyük şirkətlərindən birinə çevrildiyi aydınlaşdırılır. Hazırda “Tata Qrup”a 100-ə yaxın şirkət daxildir. 2008-ci ilin iyununda konqlomerat 2,3 milyard dollara “Ford” şirkətindən “Jaguar” və “Land Rover” alıb.

Musavat.com

 

29.10.2024 13:01
638