2024-cü ilin yanvar ayı ərzində 8 311 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.
Bu barədə Musavat.com-a Fonddan məlumat verilib.
Qeyd edilib ki, dünyaya gələn uşaqların 3 960 nəfəri qız, 4 351 nəfəri isə oğlandır.