Bakıda 2 gün ardıcıl yağan yağış Qaraçuxurda çoxuşaqlı ailəni çətin duruma salıb.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov 1/5 ünvanında yaşayan vətəndaş Niyaz Vəlizadə Musavat.com-a müraciət edərək bildirib ki, yağışlardan sonra evini su basıb:
““Azərsu”ya, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. 8 uşaqlı evə gəlib bir əncam çəkmirlər. Evdə 8 uşaq var, 3 gündür sanitar qovşağa gedə bilmirik. Məcbur qalıb qonşunun tualetindən istifadə edirik. Vəziyyətimiz çox acınacaqlıdır. Nə “Azərsu”, nə də Fövqəladə Hallar Nazirliyindən 3 gündür müraciətimizə reaksiya var. “Azərsu”da qaynar xətdən deyirlər ki, FHN-ə müraciət edin. FHN-in qaynar xəttindən də deyirlər ki, fövqəladə hadisə yoxdur, ona görə də biz gələ bilmərik. 8 uşaqla köməksiz vəziyyətdə qaldığımıza da əhəmiyyət vermirlər. Ona görə də məcburuq ki, mətbuat üzərindən “Azərsu” və FHN rəhbərliklərinə müraciət edək, bizi bu fəlakətli durumdan çıxarsınlar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com