ARB televiziyasında yayımlanan "Günaydın Azərbaycan" verilişində müğənni Elşad Qarayevlə bağlı maraqlı fikir səsləndirilib.
Verilişin qonaqlarından biri olan aşıq Telli Borçalı bildirib ki, Elşad Qarayev yeni tikdirdiyi restoranı üçün 8 milyon manat xərcləyib. O, bu məlumatı Elşad Qarayevin dostundan əldə etdiyini ifadə edib. Efirə telefon vasitəsilə bağlanan Elşad Qarayev iddialar barədə ətraflı danışmaq istəməsə də, təkzib də etməyib.
Metbuat.az