78 yaşlı Xalq artisti tamaşa zamanı vəfat etdi - FOTO

Rusiyanın Xalq artisti Leonid Remnev tamaşa zamanı dünyasını dəyişib.

O, ötən gün Nijni Novqorod Gənclər Teatrında Sergey Jeleznovu oynadığı "Vassa" tamaşasında vəfat edib.

Qeyd edək ki, Remnev 1946-cı il avqustun 2-də doğulub. Qorki adına Teatr Məktəbini və Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin tarix fakültəsini bitirib. Remnev 1972-ci ildən işlədiyi Nijni Novqorod Gənclər Teatrının aparıcı aktyoru olub.\\BAKU.WS 

25.08.2024 19:26
1014