73 yaşlı qadını zorlayıb öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində amansız qətl olub.

Hadisə Narodnoqo Opolçeniya prospektində baş verib. 73 yaşlı qadın burada binanın pilləkən qəfəsində ölü tapılıb.

Çoxlu bədən xəsarətləri olan meyiti mayın 9-da günorta saatlarında qonşusu aşkar edib. İlkin məlumata görə, təqaüdçü zorlamanın qurbanı olub.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları həmin binanın şübhəli bilinən sakinini saxlayıblar.

Ölümün dəqiq səbəblərini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.

Müstəntiqlər hadisənin baş vermə şəraitini və cinayətin mümkün motivlərini aydınlaşdırırlar./Lent.az

10.05.2025 19:51
1270