72 kiloqram arıqlayan məşhur türkiyəli aktrisa Esin Gündoğdunun rəqs videosu gündəm olub.
İllər əvvəl yayımlanan "Aşk yeniden" serialında "Ayfer" obrazı ilə məşhurlaşan aktrisa mədəkiçiltmə əməliyyatı və pəhrizlə arıqlayıb.
Bir vaxtlar çəkisi 138 kiloqrama çatan Esin Gündoğdunun görünüşü tamamilə dəyişib. Həkim nəzarəti altında artıq çəkisini itirməyə davam edən aktrisa, həmçinin, modelliklə məşğul olmağa başlayıb.
Esin Gündoğdunun sosial media hesabında paylaşdığı rəqs videosu və son görünüşü isə geniş müzakirə mövzusu olub.//Oxu.az