709 azərbaycanlı ABŞ-dən çıxarılacaq

ABŞ Miqrasiya Xidmətinin ölkədən deportasiya edəcəyi miqrantlar sırasında azərbaycanlılar da var.

Musavat.com-un məlumatına görə, 709 azərbaycanlı prezident Trampın qanunsuz miqrantlarla bağlı imzaladığı qərarın təsiri altına düşür.

Məlumata görə, yeni administrasiya təxminən 1,5 milyon qanunsuz miqrantı deportasiya etməyi planlaşdırır.

Musavat.com

29.01.2025 15:54
1533