70 nəfərin öldüyü binanın podratçısı qaçarkən saxlanıldı - Fotolar

Kahramanmaraşda zəlzələ nəticəsində dağılan Hasan Alpargün Yaşayış binasının podratçısı saxlanılıb. 

Musavat.com "Haber Türk"ə istinadən xəbər verir ki, podratçı Həsən Alpargün saxlanılaraq Adanaya gətirilib. 

O, Şimali Kipr Türk Respublikasına qaçmaq istəyərkən tutulub. 

Qeyd edək ki, Adananın mərkəzi Çukurova rayonunda yerləşən və 92 nəfərin yaşadığı binadan indiyədək 70 nəfərin cəsədi tapılıb. Dağıntılar altında daha 15 nəfərin olduğu bildirilir. 


 
Musavat.com
12.02.2023 16:13
1237