Tatarıstanda 50 yaşlı kişi 2009-2017-ci illərdə 7 qadına təcavüz edib.
Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, qadınlar 17-35 yaş aralarında olublar.
Onlardan üçü qız olub.
Qurbanlardan birinin cəsədi 2009-cu ilin yayında Kazanın meşə zolağında tapılıb.
Cinayətkar gərgin araşdırma və axtarışlardan sonra yaxalanıb.
Hazırda fakt üzrə məhkəmə prosesi gedir.