7 dəfə həbs olunmuş şəxs silahla tutuldu

7 dəfə məhkum olunan Şirvan sakinindən odlu silah götürülüb.

Musavat.com DİN-ə istinadla xəbər verir ki, bu şəxs Pünhan Tağıyevdir.

Onun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Tağıyev saxlanılıb və ondan 1 ədəd "Mauser" markalı odlu silah götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

10.01.2025 15:00
543