Əməkdar artist Nailə İslamzadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Referans.az xəbər verir ki, aparıcı şəxsi instaqram hesabında idman zalında məşq prosesi zamanı çəkilən videosunu izləyiciləri ilə bölüşüb.
62 yaşlı İslamzadə fit görünüşü ilə müzakirələrə səbəb olub.
Aparıcı videosunu "Maraqlananlar üçün: bu tam barfiks deyil, mən idman yarışına hazırlaşmıram ki, amma kiçik bir dəstəklə edilən bu idman növü vücudun yuxarı hissəsin formada qalmasına çox kömək edir" sözləri ilə şərh edib.
Xatırladaq ki, Əməkdar artist açıqlamalarından birində şəkər tozunu birmənalı olaraq rasiondan çıxardığını və fiziki aktivliyim normaya çevirdiyini və gün ərizndə 7 kilometr yol getdiyini deyib.