Xəbər verdiyimiz kimi bu gün saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə partlayış-yanğın hadisəsi baş verib.
Hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb. Baş vermiş partlayış nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluğun, həmçinin Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. İbtidai istintaqın aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə həvalə edilib. Hadisənin baş vermə səbəbləri, dəymiş ziyanın miqdarı, həmçinin diigər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müvafiq ekspedisiyalar təyin olunub. Hazırda cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirləri davam etdirilir.
TV Musavat-ın hadisə yerindən hazırladığı videoreportajı təqdim edirik:
Xalidə Gəray
Alim Liftiyev
Elçin Əkbərov