Türkiyədə valyutadəyişmə məntəqəsinin əməkdaşına quldurluq edilib.
Hadisə İstanbulun Bahçelievler qəsəbəsində baş verib. Kuyumcukentdə 6 milyon lirə (təxminən 349 min manat) pulu xarici valyutaya çevirən əməkdaş Bahçevlievler istiqamətində yola düşüb. Bu zaman onu təqib edən içərisində 4 nəfər olan avtomobil qəsdən ona toxunaraq qəza törədib.
Maşından düşən 4 nəfər silahla avtomobilin pəncərəsini qıraraq, pulları götürüb qaçıblar. Hadisə ilə bağlı dərhal polis əməkdaşları hərəkətə keçib və kamera görüntülərinə baxılıb. Hadisəni törədənlərin kimlikləri müəyyənləşib.
Ərzincan polisi faktla bağlı şübhəli bildikləri avtomobili saxlayıblar. Sürücünün saxta Gürcüstan pasportu daşıyan Azərbaycan vətəndaşı V.V. olduğu üzə çıxıb. Onun İstanbulda törədilən quldurluq hadisəsinin iştirakçısı olduğu dəqiqləşib.
V.V.-nın barəsində quldurluq, istintaqdan yayınma kimi bir neçə maddə üzrə 12 il həbs qərarı verildiyi və axtarışda olduğu müəyyənləşib. O, ilk məhkəmə iclasında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib./Lent.az