Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol komandasına dəstək olmaq üçün İraqa gedib.
Musavat.com xəbər verir ki, uzun müddətdir görmədiyi ailəsi ilə bir araya gələn gənc qız atası tərəfindən öldürülüb.
Ata qətli etiraf edərkən bölgədə etirazlar başlayıb.
2017-ci ildən Türkiyədə yaşayan Youtuber Tiba al-Ali yanvar ayında keçirilən Körfəz Millətləri Kubokunda ölkəsinin komandasına dəstək olmaq üçün İraqa getməyə qərar verib. Araları yaxşı olmadığı ailə üzvləri ilə görüşən gənc qız yanvarın 31-də atası tərəfindən öldürülüb.
Bu hadisədən sonra bölgədə etiraz aksiyaları başlayıb və qeyri-hökumət təşkilatları qadın qətllərinin qarşısını almaq üçün cinayətkarın cəzalandırılmasını istəyib. Yerli media Tibanın ailəsi ilə fikir ayrılığı səbəbindən bunun "məişət qətli" olduğunu iddia edib.
Musavat.com