6 gündür yanan dizel anbarından alov yaşayış evlərinə keçdi

Rusiyanın Rostov vilayətinin Proletarsk şəhəri yaxınlığındakı yanacaq anbarında 6 gündür davam edən yanğın yaşayış massivinə keçib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən bazar günü Ukraynanın dron zərbəsi ilə alovlanan anbarda yanğın sahəsi genişlənərək quru ot və qamışlığa, oradan isə yaşayış evlərinə keçib. Hazırda 50 nəfərə yaxın heyət evlərdə yanğının söndürülməsinə cəlb olunub.

Qeyd edək ki, anbarda Rusiya Dövlət Material Ehtiyatları Komitəsinin dizel ehtiyatları saxlanılırdı. Hər birində 3 min ton yamacaq olan 74 çəndən indiyədək 30-a yaxını partlayıb.

Yanğınla mübarizəyə cəlb olunmuş 50-yə yaxın şəxs xəsarət alıb.

 

Musavat.com

24.08.2024 00:26
1368