6,2 bal gücündə ZƏLZƏLƏ BAŞ VERDİ

Çili sahilində 6,2 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

07.09.2023 10:00
1776