6,2 bal gücündə şiddətli ZƏLZƏLƏ oldu

İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə, 46 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. (APA)

30.12.2023 22:36
2685