56 yaşlı aktyorun dəfninə cəmi iki həmkarı gəldi

Ötən gün vəfat edən aktyor Tekin Temelin yas mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, onun cənazəsini qaradaşı Tuna Temel və oğlu Oğul Temel qəbul ediblər.

Aktyorla vide mərasimində ailə üzvləri yanaşı cəmi iki həmkarı qatılıb.

Onun yas mərasiminə aktyorlar Işıl Mete və Esma Hazal Kalaycı qatılıblar. Həmkarlarının dəfndə iştirak etməməi müzakirələr yaradıb.

Aktyor Refiye Soyak məscidindəki cənazə namazından sonra dəfn edilmək üçün Ihlamurkuyu məzarlığına aparılıb.

Xatırladaq ki, 56 yaşlı aktyor infarktdan dünyasını dəyişib. Onun səhər serial çəkilişinə hazırlaşarkən ürəyi tutub və vəfat edib.

Aktyor bu günə qədər "Eşkiya Dünyaya Hükümdar Olmaz", "Acı hayat", "Ezel", "Böyle bitmesin", "Veda", "Çiçek taksi", "Ayrılsak da beraberiz", "Bizim aile", "Sırlar dünyası", "Çocuklar duymasın", "Kuruluş Osman" kimi reytinqli seriallarda çəkilib.

24.10.2024 17:49
3519