Dünya ulduzu Cennifer Lopez "American Music Awards"da səhnə alıb.
Musavat.com xəbər verir ki, Las-Veqasda "Fontainebleau" hotelində keçirilən tədbirdə Lopez açılış performansı ilə gecəyə damğa vurub.
O, 2024-cü ilin hit mahnılarından ibarət 6 dəqiqəlik dinamik bir medley təqdim edib. Bu medleyə Chappell Roanın "Hot to Go", Shaboozey-in "A Bar Song (Tipsy)" və Kendrick Lamarın "Not Like Us" kimi parçaları ifa edib.
Ceylo performansı ilə diqqət çəkməyi bacarıb. Performans zamanı Lopezin kişi və qadın rəqqaslarla səhnədə öpüşməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Onun bu addımı dünya mediasında gündəm olub.
55 yaşlı sənətçi gecə boyunca 8 fərqli geyim dəyişdirib.
Könül
Musavat.com