"50 yaşım var, necə olmalıyam?" - VİDEO

"Məni yıxıb sürüdülər ki, bu necə qocalıb, nə günə düşüb. 50 yaşım var, oktyabrda 51 yaşım olacaq. Necə olmalıyam? Qırışlar tək məndədir? 50 yaşındakı qadının üzündə qırış olar da".

Bu sözləri müğənni İlahə Fəda sosial şəbəkədə canlı yayımda deyib.

Almaniyaya köçən ifaçı üzündəki qırışları tənqid edənlərə cavab verib:

"Onlar öyrəşiblər müğənnini dodaqlarını, yanaqlarını şişirtsin, saçında ağ olmasın. Mən elə yalançı olmaq istəmirəm. Sevənlərimi aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm. Səhnəyə çıxanda bir az tuj, dodaq boyası çəkirəm. Sevənlərim məni belə tanısınlar. Özümü belə rahat hiss edirəm. Siz də sevdiyiniz müğənninin təbii halını görmək istəyirsiniz. Beləyəm, düşünmürəm ki, nə vaxtsa alnımdakı qırışları götürüm. Niyə edim? Onları mən qazanmışam". (Axşam.az)

04.09.2024 14:06
909