50 manat maaş, qıfıllı və sirli evlər: İvanovkadan REPORTAJ - VİDEO

Baku TV-nin efirində "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında İsmayıllı rayonunun İvanovka kəndinə səyahət edilib.

Ən məşhur molokan kəndi olan İvanovka İsmayıllı rayonunun mərkəzindən 13 kilometr uzaqlıqda yerləşir.

Verilişdə bildirilib ki, İvanovkada 1930-cu illərdən fəaliyyətə başlayan kolxoz indiyə qədər öz fəaliyyətini qoruyub saxlayıb və kəndin əsas iş mənbəyi hesab olunur. Kolxoz bacarıqlı kolxozçu Nikolay Vasilyeviç Nikitinin adını daşıyır.

O, kolxoza 1994-cü ilə kimi - düz 41 il rəhbərlik edib. İvanovkalılar əsasən üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Kolxozda çalışan kənd sakini Valentina burada maaşın az olduğunu söyləyib:

"50 manat maaşım çıxır, əlavə olaraq kolxoz pulsuz buğda, arpa və günəbaxan yağı verir. 50 manat maaş azdır, bu pulla bir dəfə mağazaya gedirsən, bitir".

Taxıl sahəsində məhsul biçini ilə məşğul olan kombayn sürücüsü də iş sisteminin ağır olmasından bəhs edib: "Burada iş sistemi ağırdır və pul artırmaq olmur, xərci çoxdur. Hektara işləyirəm, o da 50 manatdır".

Ətraflı süjetdə:

01.08.2024 01:21
3604