5 yaşlı Ümidin köməyə ehtiyacı var

5 yaşlı Ümidin müalicə üçün vəsaitə ehtiyacı var.

Musavat.com xəbər verir ki, onun anası sosial mediada paylaşım edərək övladı üçün kömək istəyir:

“Hamıdan bir ana kimi xahiş edirəm, səsimə səs verin. Kürdəmirdə yaşayırıq. Balam Ümid 5 yaşındadır. 2 ildən çoxdur ki, onkoloji əməliyyat olub və kombinə olunmuş immun çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Həyatda qalması üçün hər 21 gündən bir bahalı Panziga iynəsi vurulur. Uşağın bu iynədən asılı olmaması üçün də sümük iliyi köçürülməlidir. Allaha xatir, gücünüz nəyə çatırsa, yardım edin. Sığortaya və digər qurumlara müraciət etmişik, nəticə yoxdur. Yoldaşım fəhlədir. Uşaq gözümün önündə əzab çəkir. Nə olar, bizə yardım edin. Görüb keçməyin. Kimin ürəyində azca şübhə varsa, əlaqə nömrəsi ilə əlaqə saxlayıb, gəlib yaxından görə, uşağa baş çəkə bilər. Xahiş edirəm hər yerdə paylaşın dost tanışlarınızla".

Kart hesabları:

1. Kapital Bank

4169-7385-1708-9706 (Teymur Aliyev)

2. Xaricdən göndərmək üçün. Avro hesabı

Kapital Bank. - 5404-0852-3834-3711

3. Rabitəbank 5261-6333-3540-1098 (Habil Sahbazov)

4. Rusiyadan dəstək olmaq istəyənlər üçün : SberBank hesabı
4279 3806 7570 7881

Əlaqə: +994 77 542 30 68 (anası)

Musavat.com

11.09.2023 19:07
881