Sumqayıtda 5 yaşlı Kənan Həsənovun yeddinci mərtəbədən yıxılaraq ölməsinin detalları məlum olub.
Hadisə 10-cu mikrorayonda yerləşən binalardan birində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, 5 yaşlı Kənan evdə tək imiş. Uşaq eyvandakı velosipedə çıxaraq mağazaya düşən anasını çağırıb. Bu zaman velosiped sürüşüb və Kənan yeddinci mərtəbədən yıxılaraq ölüb.
Fakt hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
Ətraflı APA TV-nin süjetində: