5 saniyəyə satılan 500 mənzil –Vətəndaşın sosial evlərdən mənzil almaq şansı varmı?

 
Ötən gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb.

 Mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib. Mənzillərin sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılmasının qeyri-mümkün olduğunu bildirib. 


“TV Müsavat” ın reportyor qrupu olaraq paytaxtda sorğu etdik. Maraqlıdır, vətəndaşlarımız bu layihə çərçivəsində mənzil ala biləcəklərinə inanırlarmı?

Musavat.com sözügedən videomaterialı təqdim edir:




Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV,
Musavat.com

31.03.2022 18:57
2522