5 piyadanı vurub, mağazaya çırpıldı - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Türkiyənin İzmir şəhərində dəhşətli qəza baş verib

Musavat.com xəbər verir ki, əyləci nasaz olan yük maşını səkidəki piyadaları vuraraq mağazaya çırpılıb.

Hadisə nəticəsində 5 nəfər yaralanıb. Qəzada xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

Saxlanılan sürücü isə polis bölməsində verdiyi ifadədən sonra sərbəst buraxılıb.

08.01.2024 17:31
1044