5 ərəb nazir ABŞ dövlət katibi ilə görüşəcək

İordaniyanın baş nazirinin müavini, xarici işlər və miqrantlarla iş üzrə naziri Əyman əs-Səfadi noyabrın 4-də Əmmanda Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı xarici işlər nazirləri və xarici işlər nazirinin iştirak edəcəyi görüş barədə məlumat verib.

Bu barədə o, yerli KİV-ə bildirib.

“Görüş humanitar fəlakətə səbəb olan Qəzza zolağında və onun hüdudlarından kənarda müharibəyə son qoymağa yönəlmiş səylər kontekstində koordinasiya xarakteri daşıyacaq”, - deyə baş nazirin müavini “Al Mamlaka” telekanalına istinadla bildirib.

Ərəb nazirləri daha sonra ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birgə görüş keçirəcəklər və bu görüş zamanı onlar “dərhal atəşkəs və Qəzzaya humanitar yardımın təcili çatdırılmasına çağıran ərəb mövqeyini bir daha təsdiqləyəcəklər”. (APA)

04.11.2023 09:18
592