5 azərbaycanlı Türkiyədə ağır qəzaya düşdü: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində Azərbaycan vətəndaşı ölüb. 

Bu barədə "Report" məlumat yayıb.

***

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.

İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.//Report

27.05.2025 11:42
765