Yaponiyanın Hokkaydo prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.
Musavat.com xənər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin episentrinin Hokkaydo prefekturasının Urakava şəhəri olduğunu açıqlayıb.
Zəlzələnin yerli vaxtla saat 07:47-də baş verdiyi və maqnitudasının 5,3 bal olduğu açıqlanıb.
Səlahiyyətlilər 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə sunami riskinin olmadığını açıqlayıb.
Musavat.com