5.2 ballıq ZƏLZƏLƏ oldu

Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Musavat.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 1 milyondan çox insanın yaşadığı Tayçunq şəhərindən 12 km şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

01.06.2024 01:03
1059