Növbədənkənar parlament seçkilərində 481 nəfərin namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə, 1489 nəfər namizədlik üçün müraciət edib.
“459 nəfər 25 siyasi partiyadan irəli sürülüb. 1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib”, - o deyib.//Report