44 yaşlı kişini cərəyan vurub öldürdü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Musavat.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə iyulun 26-sı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

27.07.2023 12:19
587