Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “44 günlük Vətən müharibəsi və onun sosial mediada əksi” adlı layihə həyata keçirir.
Musavat.com xəbər verir ki, layihə çərçivəsində ingilis dilində müxtəlif materialların (elmi məqalələr, müsahibələr, canlı müzakirələr, müxtəlif yazılı məlumatların yerləşdirilməsi) yayımlanması nəzərdə tutulub.