“44 günlük Vətən müharibəsi və onun sosial mediada əksi” adlı layihə həyata keçirilib 

Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “44 günlük Vətən müharibəsi və onun sosial mediada əksi” 1 iyul – 31 avqust 2023 tarixləri arasında adlı layihə həyata keçirib.

Musavat.com xəbər verir ki, layihə çərçivəsində ingilis dilində müxtəlif materiallar (elmi məqalələr, müsahibələr, canlı müzakirələr, müxtəlif yazılı məlumatların yerləşdirilməsi) yayımlanıb.

Layihə uğurla başa çatıb, nəzərdə tutulan tədbirlər sosial şəbəkələrdə geniş ictimaiyyət tərəfindən izlənilib.

03.09.2023 18:19
679