Avqustun 30-na olan məlumata görə, Qarabağdan gələn şəxslərin vətəndaşlığa qəbulu ilə bağlı 4300-dən çox müraciət daxil olub. 3000-ə yaxın şəxs Ermənistan prezidentinin sərəncamı ilə vətəndaşlıq alıb.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə yerli parlamentin Dövlət Hüquq Komissiyasının iclasında Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Kazaryan məlumat verib.
“Burada mühüm bir hal nəzərə alınmalıdır. Azyaşlılar tərəfindən hələ ki, müraciət olunmayıb. Çünki bundan sonrakı proses valideynlərin pasportlarının dəyişdirilməsi ilə bağlıdır”, - deyə erməni rəsmisi bildirib.
Onun sözlərinə görə, Ermənistanda vətəndaşlığın verilməsi prosesi təqribən 4 ay çəkdiyi halda Qarabağ erməniləri üçün bu müddət 2 aydır.
Musavat.com