43 saylı məntəqədən ƏN SON GÖRÜNTÜLƏR - FOTO

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 43 saylı seçki məntəqəsində səsvermə seçici fəallığı şəraitində davam edir.

Musavat.com xəbər verir ki, sözügedən seçki dairəsində 8 namizəd qeydə alınıb. Onlardan Yaqublu Nəsiman Qara oğlu avqustun 25-də yol qəzasında vəfat edib.

Səsverməni 6 müşahidəçi izləyir. 2 beynəlxalq müşahidəçi də səsvermə prosesində iştirak edib.

Seçki dairəsində 296 seçici qeydiyyatdadır.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Aytən Novruz
Musavat.com

01.09.2024 11:11
997