Müğənni Talıb Tale nişanını qaytarma səbəbini açıqlayıb.
Musavat.com axsam.az-a istinadən xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan sənətçi aralarında sevgi olmadığını və buna görə ayrıldıqlarını bildirib.
Talıb "Sevgi yox idi? Nişanı qaytarmağının səbəbi sevgisizlik idi? Barışıq ola bilər" sualına "Sevgisizlik olub. Onunla bağlı heç bir məlumatım yoxdur. Barışıq ola bilməz" cavabını verib.
Evlənmək istədiyini deyən ifaçı artıq namizədinin də olduğunu etiraf edib:
"42 yaşım var. Evlənmək üçün mənə yaxşı qız lazımdır. Bir nəfər var, düşünürəm. Uzaq qohumumdur. Niyə də 20 yaşlı xanımla evlənməyim ki? Görünüşə baxmıram. Amma əsas kök yox, arıq olsan. Çox diqqət istəməsin. Diqqət tələb etmək mənim diqqətsizliyimə səbəb olar. Aktiv, dünyagörüşü olan xanımı xoşlayıram. Passiv birini sevmirəm. İnstaqramı da, TikTok-u da ola bilər, amma çərçivədə. Sevgi ilə ailə quranlar var ki, ayrılıb. Məntiqlə ailə quranlar var ki, indi xoşbəxtdirlər".