Musavat.com lent.az-a istinadla ömrünün ikinci baharında, 40 yaşından sonra ana olmağa qorxmayan məşhurlarımız barədə məlumat verir.
1967-ci il təvəllüdlü Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə 40 yaşında ana olub. Onun 1 qızı var.
Müğənni Nazənin Salayeva 50 yaşında üçüncü övladını dünyaya gətirib.
Flora Kərimovanın qızı Zümrüd doğulanda onun 40 yaşı var idi.
Müğənni Emma Ələkbərzadə və aktrisa, Xalq artisti Məleykə Əsədova 41 yaşında ana olublar.
Xalq artisti Gülyanaq Məmmədova 44 yaşında dördüncü dəfə ana olub.
Rəqsanə İsmayılova dördüncü dəfə 42 yaşında hamilə olub.
Teleaparıcı Xoşqədəm Hidayətqızı 40 yaşında ikinci dəfə ailə qurub və bu evlilikdən əkiz oğulları dünyaya gəlib.
Mərhum aktrisa Tünzalə Ağayeva ilk övladını dünyaya gətirəndə 43 yaşında idi.
Tanınmış teleaparıcılar Sevil Nuriyeva 41 yaşında birinci dəfə, Aytən Səfərova 43 yaşında üçüncü dəfə ana olub.